Kloze yeni rekorda doğru

20:15 - 8 İyul 2014

Dünya çempionatında rekordlar tükənmir
 
Almaniya millisinin üzvü Kloze bu gün keçiriləcək oyunda daha bir rekordu müəyyənləşdirə bilər.
 
Sportal.az xəbər verir ki, Braziliya ilə keçirilən oyunfutbolçu üçün 4-cü yarımfinal oyunu olacaq. Onun meydana çıxmamağı üçün heç bir əngəl yoxdur.
 
Bundan əvvəl isə 15 qol ilə braziliyalı Ronaldonun rekordunu təkrarlayan Kloze 22 dəfə meydana çıxmaqla dünya çempionatında ən çox oyun keçirən futbolçu olub.
 
Qeyd edək ki, Braziliya - Almaniya oyunu Bakı vaxtı ilə gecə saat 1-də başlanacaq.

Xəbər xətti