"Subaşiç "Orduspor"dan ayrılacaq"

12:01 - 9 İyul 2014

Millimizin sabiq üzvü ilə iki klub yaxından maraqlanır
 
Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin klubu “Orduspor”dan futbolçumuzun gələcək karyerası ilə bağlı açıqlama verilib. 
 
Sportal.az xəbər verir ki, bu barədə n Türkiyə təmsilçisinin mətbuat katibi Durmuş Karaağaç məlumat verib:

"Yeni mövsüm öncəsi Aleksandr İoniçe və Branimir Subasiçlə yollarımızı ayırmağı düşünürük. Çünki hər iki futbolçunun maliyyəti çox yüksəkdi. Onların komanda üçün etdiklərini isə müzakirə etmək olmaz. Amma biz növbəti mövsümdə daha az maliyyətli və daha çox iş görən futbolçularla yolumuza davam etmək istəyirik. Hazırda Subaşiçi “Boluspor” və “Bucaspor” klubları transfer etmək istəyirlər”.

Xəbər xətti