"Qəbələ" "Şiroki Briyeq"lə döyüşə hazırdır

14:20 - 10 İyul 2014

Komanda oyun saatını gözləyir
 
"Qəbələ" bu gün UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda səfərdə (ilk oyun 0:2) "Şiroki Briyeq"lə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, ötən gün təmsilçimiz matçın keçiriləcəyi Şiroki Briyeq şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.

Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda toplu və topsuz çalışmalar yerinə yetirib.

Qeyd edək ki, "Şiroki Briyeq" - "Qəbələ" matçı bu gün Bakı vaxtı ilə 23:30-da start götürəcək.

Xəbər xətti