"Tiraspol"un qapıçısı: "Penalti doğru qərar idi"

23:00 - 10 İyul 2014

"İnter" növbəti mərhələyə vəsiqə qazandı

İlk oyunda 3-2 hesabı ilə qələbə qazanan paytaxt klubumuz bu oyunda da qələbə qazanmağı bacardı.

Sportal.az xəbər verir ki, oyunun 76-cı dəqiqəsində "Tiraspol"un qapıçısı qırmızı vərəqə ilə cəzalandırıldı. Nəticədə qapıya penalti təyin olundu. Qapıçı Georgiev oyundan sonra açıqlama verib:

"Qırmızı vərəqə haqqında çox şey deyə bilərəm. Futbolçu artıq məni keçirdi. Penalti doğru qərar idi. Hakim sarı vərəqə də verə bilərdi. Oyunun taleyi o ilk oyunda həll olunmuşdu. Burda da əlimizdən gələni etdik. Amma alınmadı. Klubunuza növbəti mərhələdə uğurlar arzulayıram"

Qeyd edək ki, "Tiraspol"un heyətində Japaridze oyunun 83-cü dəqiqəsində komandasına ikinci qırmızı vərəqəni qazandırmışdı. Təyin olunan penaltini Baçana Sxadadze dəqiq yerinə yetirərərk hesabı 2-1 etmişdi. Oyunun əsas vaxtına əlavə edilən birinci dəqiqədə isə müdafiədə buraxılan kobud səhvdən sonra Mirağa Hüseynpur "İnter"in 3-cü qolunu vurdu. İkinci mərhələdə təmsilçimizin rəqibi İsveçin "Elfsborq" klubu olacaq.

Xəbər xətti