Muntyanu: "Şiroki Briyeq" ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı"

10:38 - 11 İyul 2014

"Bunlardan başqa xüsusi qeyd olunacaq bir şey yoxdur"
 
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutan "Şiroki Briyeq""Qəbələ" (3:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb.
 
Sportal.az onun fikirlərini təqdim edir:

"İlk növbədə rəqibimizi təbrik edirəm. İki oyunun nəticəsinə görə “Şiroki Briyeq” ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı. Buraya bir məqsədlə gəlmişdik: nəticəni öz xeyrimizə dəyişmək istəyirdik. Lakin əfsuslar olsun ki, ilk hissədə buraxdığımız səhvlər iki qolla nəticələndi. Bizim də 4 əlverişli qol epizodumuz oldu. Lakin bunlardan istifadə edə bilmədik. Bunlardan başqa xüsusi qeyd olunacaq bir şey yoxdur. Bir daha rəqibini növbəti mərhələyə çıxdıqlarına görə təbrik edirəm".

Xəbər xətti