Suarez "Barselona" ilə 5 illik müqavilə imzaladı FOTO

19:20 - 11 İyul 2014

Kataloniya klubu futbolçunu rəsmən heyətinə qatıb
 
Dünya futbolunun nəhəngi olan "Barselona" Çellinini dişlədiyinə görə 4 ay futboldan uzaqlaşdırılan Luis Suarez ilə müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, son günlərdə bir çox klubun maraqlandığı uruqvaylı futbolçu "Barselona" ilə 5 illik müqavilə imzalayıb. Futbolçunun klubda 9 nömrəli formanı geyinəcəyi gözlənilir.

Xəbər xətti