Premyer Liqamızda növbəti mövsümün püşkatması nə vaxt baş tutacaq?

13:17 - 12 İyul 2014

Püşkatma "Shah Palace"də baş tutacaq
 
Premyer Liqada 2014-2015-ci il mövsümünün püşkatma vaxtı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, tədbir iyulun 18-də İçərişəhərdəki "Shah Palace"də təşkil olunacaq.
 
Mərasimə növbəti mövsüm elitada mübarizə aparacaq 10 klubumuzun rəsmiləri və jurnalistlər dəvət ediləcəklər. Tədbir zamanı Premyer Liqada aprel və may aylarının ən yaxşı futbolçuları, ən yaxşı qolun müəllifləri, eləcə də ayın futbolçusunu düz tapan jurnalistlərin mükafatlandırılması da gözlənilir.   
 

Xəbər xətti