Müllerdən sərt açıqlama

19:31 - 15 İyul 2014

Alman futbolçu açıqlama verib
 
Futbol üzrə Dünya Çempionatının qalibi olan Almaniyada hücumçu Tomas Müllerin açıqlaması böyük əks-sədaya səbəb olub. 
 
Sportal.az xəbər verir ki, turnirdə atdığı 5 qolla "Gümüş Buts"un sahibi olan Müller "Dünya Çempionu olduq. "Qızıl Buts" axmaqlığı vecimə deyil",-deyə bildirib. 
 
Futbolçu müsahibə zamanı ağıza gəlməyəcək bir sözdən istifadə edərək hər kəsi heyrətləndirib. Müllerin bu sözlərindən sonra Bastian Şvanştayger xeyli gülüb. Müller isə qısa müsahibədən sonra sürətlə ərazidən uzaqlaşıb. Alman futbolçunun cavabı mətbuat nümayəndələri arasında da təbəəssümə səbəb olub.

Xəbər xətti