Millimizin üzvü Muntyanunun "qara siyahı"sında

12:46 - 16 İyul 2014

Elnur Allahverdiyevin baş məşqçi ilə problemi var !
 
"Qəbələ"də çıxış edən millimizin üzvü Elnur Allahverdiyev yeni baş məşqçis Dorinel Muntyanunun "qara siyahı"sına düşüb.
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun istər meydanda, istərsə də meydandankənar baş məşqçinin istəklərini yerinə yetirə bilməməsidir. Belə ki, futbolçu meydandankənar nizam-intizama tabe olmaq istəmir. Baş məşqçinin Allahverdiyevi Avroliqada "Şiroki Briyeq"ə qarşı oynatmamasının əsl səbəbi budur.
 
Muntyanu həmçinin növbəti mövsüm üçün Elnur Allahverdiyevi əsas heyətdə görmür və onun yerinə gənc futbolçu Ürfan Abbasovu hazırlayır.

Xəbər xətti