"Qəbələ"nin yeni braziliyalısı: "Komandaya keçidimdə baş məşqçi amili əsas rol oynadı"

10:25 - 17 İyul 2014

Markinyos: "Yeni komandam haqda ətraflı məlumat toplamışam"
 
Az öncə "Qəbələ"nin braziliyalı futbolçu Markinyos Kariokanı transfer etdiyi xəbərini vermişdik.
 
Sportal.az xəbər verir ki, Markinyos "Qəbələ"yə keçidinin rəsmiləşməsinin ardından ilkin təəssüratlarını klubun rəsmi saytı ilə paylaşıb:

"Qəbələ"yə keçidimə görə sevincliyəm. Daha öncə yeni komandam haqda ətraflı məlumat toplamışam. Komandaya keçidimdə baş məşqçi amili və klubun hədəfləri əsas rol oynadı. Azərbaycan Premyer Liqasının nə dərəcədə çətin çempionat olduğundan xəbərdaram. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".

Xəbər xətti