Yeni transfer dubl etdi, "Qaəbələ"darmadağınla qalib gəldi

11:27 - 18 İyul 2014

Əyalət təmsilçisi 4 qolla qazandı
 
Hollandiyanın Arnem bölgəsində yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" dünən ilk yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, "qırmızı qaralar" ilk olaraq bu ölkənin "Arnem" klubu ilə qüvvəsini sınayıb.

"Qəbələ" Hollandiyanın həvəskarlar liqasında mübarizə aparan kluba 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qəbələ" qarşıdakı günlərdə Hollandiyanın "AZ Alkmaar" və "Heerenven", Türkiyənin "Konyaspor" klubları ilə üz-üzə gələcək.


 

20:00 "Arnem" (Hollandiya) – "Qəbələ" (Azərbaycan) - 0:4
Qollar: Nizami Hacıyev, 73 (0:1), Müşfiq Teymurov,  75 (0:2), Andrey Kristea,  82 (0:3), 85 ( 0:4)

Xəbər xətti