Pirlo "Juventus"u tərk etmir

13:00 - 19 İyul 2014

“Pirlo ilə heç vaxt problemim olmayıb”

 

 

"Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri Andrea Pirlo ilə aralarında problem olmasına dair xəbərlərin yalan olduğun bildirib.

 

Sportal.az xəbər verir ki, o, Pirlo ilə çalışmaqdan hər zaman böyük zövq aldığını deyib:

 

“O, çempionluq yaşamış futbolçudu. "Milan"da birgə çalışdığımız zaman uğursuz mövsüm keçirdi.  Ancaq Pirlo yaxşı formada olduğu vaxtlarda hər zaman ona oynamaq şansı vermişəm. Həmin vaxt Pirlo ilə görüşdüm və o, "Yuventus"a keçmək qərarı verdi. Üç il sonra yenidən onunla çalışacağım üçün şadam. Pirlo ilə heç vaxt problemim olmayıb. "Yuventus"da unudulmaz illər keçirib. Onun istedadına heç zaman şübhə etməmişəm. Əks təqdirdə insanlar məni dəli adlandırardılar".

 

Qeyd edək ki, “Milan”da çalışarkən Alleqri Pirloya çox şans verməməkdə tənqid olunurdu.

Xəbər xətti