"Real" transfer bombasını partladır

19:30 - 20 İyul 2014

Kral klubu mövsümün ən böyük transferini etməyə hazırlaşır
 
Kolumbiya yığmasının futbolçusu Hames Rodriges İspaniyanın “Real" (Madrid) klubuna transferi ilə bağlı işləri tamamlamaq üçün İspaniyaya uçub.
 
Sportal.az xəbər verir ki, “Real" 23 yaşlı futbolçunun transferi üçün Fransanın “Monako” klubuna 90 milyon avro ödəyəcək. İspaniya mətbuatında yer alan xəbərlərə görə isə Rodrigesin transfer qiyməti 85 milyon avrodur. Braziliyada keçirilən son dünya çempionatında 6 qolla bombardir olan Rodrigesin yaxın günlərdə “Real"la müqavilə imzalayacağı gözlənilir.
 
Kolumbiyadan İspaniyaya uçan Rodrigesi aerorportda görən azarkeşlər futbolçunun şəklini sosial şəbəkələrdə paylaşıb.

Xəbər xətti