"Biz "Qəbələ"yə oynamaq üçün bir az şans verdik, amma..."

10:20 - 21 İyul 2014

"Rəqib gözlədiyimizdən də güclü idi"
 
Dünən yoxlama oyununda təmsilçimiz "Qəbələ" Hollandiya nəhənglərindən sayılan "AZ Alkmaar"a 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, Hollandiya təmsilçisinin baş məşqçisi əfsanəvi futbolçu Marko Van Basten öz fikirlərini bildirib:
 
"Bizim üçün uğurlu gün oldu. Futbolçular arasında atmosfera yaxşıdır, daha da yaxşılaşacaq. Hər şey istədiyimiz kimi olmasa da, təşkilar yaxşı. “Qəbələ” komandası fiziki cəhətdən gözlədiyimizdən də güclü idi. Biz onlara oynamaq üçün bir az şans verdik, daha sonra nəzarəti öz əlimizə aldı"

Xəbər xətti