"Yuventus"un yeni transferi zədələndi

14:00 - 22 İyul 2014

İtaliya təmsilçisində itki baş verib
 
Bir neçə gün öncə Madrid "Real"ından "Yuventus"a transfer olunan Alvaro Morata zədələnib.
 
 
Sportal.az xəbər verir ki,  gənc forvard sol dizindən ciddi zədə alıb. İspan futbolçunun bərpası 30-40 gün çəkəcək. "Yuventus"un rəsmi saytı futbolçunun vəziyyətinə sabahkı tibbi baxışdan sonra tam aydınlıq gələcəyini yazıb.
 
 
Qeyd edək ki, Morata ötən həftəsonu 20 milyon avro qarşılığında "Yuventus"a transfer olunmuşdu.

Xəbər xətti