"Real" Xames transferini rəsmiləşdirdi

18:18 - 22 İyul 2014

Gənc futbolçu ilə 6 illik müqavilə
 
"Real" (Madrid) klubu "Monako"nun futbolçusu Xames Rodriqesin transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, bu barədə "kral" klubunun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən kolumbiyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Lakin futbolçunun transfer qiyməti haqda məlumat verilməyib. 23 yaşlı futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, X.Rodriqes Kolumbiya millisinin heyətində 6 qolla "DÇ-2014"ün bombardiri olub.

Xəbər xətti