Rövnəq Abdullayev: "İndi "Neftçi"yə yox, bütün komandalara azarkeşlik edirəm" MÜSAHİBƏ

08:20 - 23 İyul 2014

"Azarkeşlərdən narazıyam"
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutan “Qarabağ” – “Valletta” (4:0) qarşılaşmasını stadiondan izləyən AFFA-nın prezidenti Rövnəq Abdullayev daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin sual-cavabı təqdim edir:
 
- "Qarabağ" böyükhesabla qələbə qazandı. Oyun barədə fikirləriniz bildirərdiniz?
- Böyük qələbədir. Bu nəticə Çempionlar Liqasında Azərbaycan klubları üçün yeni rekord oldu. Böyük hesablı qələbənin əldə edilməsi münasibəti ilə “Qarabağ” futbolsevərlərini təbrik edirəm. İnanıram ki, “Qarabağ” bu qələbədən sonra növbəti mərhələni də adlayacaq.və sonda  Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla da rekord vuracaqlar.
 
- Rəqib məğlub durumda olanda futbolçularımıza qarşı kobud oynayırdılar. Həmin anda hansı hissləri keçirirdiniz?
- Futbolda belə şeylər olur. Uduzan komanda cığallıq edir. Ancaq buna baxmayaraq, “Qarabağ” həm orda, həm də burda yaxşı oyun nümayiş etdirdi. İnanıram ki, bu davam edəcək
 
- Sabah (bu gün-red.) Ağdam işğal günüdür. Bu qələbənin yerinə düşdüyünü söyləmək olarmı?
- Bayaq futbolçulara bu barədə dedim. Ağdamın icra başçısı da burda idi. Bu qələbə ağdamlılar üçün bir məlhəm oldu.
 
- Növbəti oyundakı rəqib “Zalsburq”dur. Bu oyundan nə gözləyirsiniz?
- Rəqib Avstriya çempionudur. Güclü komandadır. “Qarabağ” bu mərhələni də keçmək üçün ciddi hazırlaşacağını düşünürəm.
 
- İki gün sonra "Neftçi" və "İnter" Avroliqada növbəti matçlarına çıxacaq. Bu oyunlardan nə gözləyirsiniz?
- Gözləyək, görək nolur. “İnter” səfərdə qələbə qazanıb, burda da bu üstünlüyü qoruyacağına inanıram. “. “Neftçi” isə doğma meydandakı bizi sevindirsə, bu nəticələr futbolumuz adına böyük irəliləyiş, uğur olacaq.
 
- Siz “Neftçi”yə sponsorluq edən şirkətin rəhbərisiniz. Amma “Neftçi” – “Koper” oyununda sizi görmədik?
- Sponsorluq etmək, hansısa kluba azarkeşlik etmək deyil. Mən Azərbaycan futbolunun azarkeşiyəm. Düzdür, bir müddət “Neftçi”nin prezidenti oldum, amma indi prezident deyiləm. İndi "Neftçi"yə yox, bütün komandalara azarkeşlik edirəm. Sponsorluq etmək isə şirkət rəhbəri kimi bizim borcumuzdur.
 
-    Azarkeşlər stadionun çox hissəsini doldurmuşdu..
- Açığı azarkeşlərdən narazıyam. Komanda 4:0 hesabı ilə qələbə qazanır, artıq 76-80-cı dəqiqədən başlayaraq azarkeşlər stadionu tərk edir. Harda görümüsünüz bunu? Bu anlar ən ləzzətli anlardır. Dünya çempionatı uduzan yığmalara azarkeşlərinin necə dəstək verdiyini ortaya qoydu. Biz isə qələbə qazandığımız matçı sona qədər izləmir, yarımçıq çıxıb gedirik.
 
- Növbəti həftə “Zalsburq”la oyunda sizi burda görə biləcəyik?
- Mütləq.

Xəbər xətti