PSJ-dən növbəti transfer

14:51 - 23 İyul 2014

21 yaşlı müdafiəçi rəsmən Fransa klubunda
 
Fransanın PSJ klubu növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Paris klubu Fil Dişi Sahili millisinin futbolçusu Serj Oryeni  heyətinə cəlb edib. Bu transfer PSJ-ə 11 milyon avroya başa gəlib.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi ötən il "Tuluza"nın şərəfini qoruyub.

 

Xəbər xətti