Almaniya millisi Lövlə daha iki il

01:27 - 24 İyul 2014

Baş məşqçi yeni müqavilə imzaladı
 
Yoahim Löv baş məşqçisi olduğu Almaniya millisi ilə müqavilə müddətini uzadıb. Almaniya Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, təcrübəli mütəxəssis Bundestimlə iki illik müqavilə imzalayıb:
 
Sportal.az xəbər verir ki, Löv bu haqda öz fikirlərini də bildirib:

"Hazırda milli komandada çalışmaqdan daha gözəl bir şey düşünmürəm. Burada vəzifəmə başladığım ilk gün kimi işimə köklənmişəm. Braziliyada böyük uğur əldə etdik, ancaq nail olmaq istədiyim başqa hədəflərim var".

Löv 2006-cı ildən Almaniya millisini çalışdırır.

Xəbər xətti