İspaniyada mövsümün püşkü atıldı: "Real" və "Barselona" oktyabrda qarşılaşacaq

19:07 - 24 İyul 2014

İspaniya La Liqasında 2014/2015 mövsümünün püşkü atılıb
 
İlk turun cütlükləri artıq müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, son İspaniya çempionu "Atletiko" (Madrid) klubu ilk turda səfərdə "Rayo Valyekano"nun qonağı olacaq. "Barselona" öz meydanında "Elçe"ni, Madrid "Real"ı isə "Kordoba"nı qəbul edəcək.
 
La Liqanın və eləcə də dünyanın ən çox maraq kəsb edilən dueli "El Klassiko"nun da vaxtı müəyyənləşib. İlk oyun Kataloniyada, oktyabrın 26-da keçiriləcək. Bu komandalar arasında ikinci qarşılaşma isə Madriddə, martın 22-də (2015) baş tutacaq.
 
 
 
Qeyd edək ki, La Liqanın birinci turunun oyunları 23-25 avqust tarixlərində keçiriləcək.
 
 
 
 
 
 
 
 
23-25 avqust
 
 
 
La Liqa, ilk turun oyunları
 
"Sevilya" - "Valensiya"
 
 
 
"Barselona" - "Elçe"
 
 
 
"Rayo Valyekano" - "Atletiko" (Madrid)
 
 
 
"Eybar" - "Real Sosyedad"
 
 
 
"Real" (Madrid) - "Kordoba"
 
 
 
"Selta Viqo" - "Qetafe"
 
 
 
"Levante" - "Vilyareal"
 
 
 
"Malaqa" - "Atletik" (Bilbao)
 
 
 
"Almeríya" - "Espanyol"
 
"Qranada" - "Deportivo"

Xəbər xətti