Mourinyodan rəsmi açıqlama

21:22 - 25 İyul 2014

Təcrübəli mütəxəssis açıqlama verib
 
Mətbuata açıqlamalar verən portuqaliyalı məşqçi Droqbanı yenidən klubda görmək istədiyini söyləyib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis Dieqo Kosta transferinə baxmayaraq Fil Dişi Sahilinin təcrübəli futbolçusu Droqbanın xidmətindən yararlanmaqda maraqlı olduğunu bildirib: "Drogbanı geri gətirmək istəyirik. Maçları və kubokları qazanmaq istəyirik. Didier Avropanın ən yaxşı hücumçusudur. Romantik düşünmürük. 36 yaşındakı Droqba "Çelsi" tarixinin ən əhəmiyyətli qollarını atıb. Didier kimi birinə sahib olmaq hər komanda üçün əhəmiyyətlidir", -deyə "Çelsi" baş məşqçisi bildirib. 
 
Portuqaliyalı məşqçi Droqbanın klubda bir vəya bir neçə il oynayacağı ilə bağlı suallara isə cavab verməkdən yayınıb. 
 
Qeyd edək ki, Droqba ötən mövsüm Türkiyə təmsilçisi "Qalatasaray"ın formasını geyinib. Didier İstanbul təmsilçisi ilə ötən mövsüm çıxdığı Çempionlar Liqasında doğma klubu "Çelsi"yə məğlub olaraq turnirlə vidalaşmışdı.

Xəbər xətti