Luis Suares "Barselona"da məşqlərə başladı

19:30 - 26 İyul 2014

Futbolçu yeni komandasına qatılıb
 
İspaniyanın "Barselona" futbol klubunun yeni transferi Luis Suares 2014-2015 mövsümünə hazırlaşan komandadan ayrı məşq edir.
 
Sportal.az xəbər verir ki, uruqvay yığmasının hücumçusu diskvalifikasiya şərtlərinə riayət edərək, nə Kataloniya təmsilçisinin bazasına gəlir, nə də komanda yoldaşları ilə ünsiyyət qurur.
 
Buna baxmayaraq, futbolçu fərdi qaydada intensiv şəkildə məşqlərini davam etdirir.
 
Xatırladaq ki, Luis Suares DÇ-2014-ün qrup mərhələsində İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişləyib. Bu səbəbdən o, FİFA tərəfindən cəzaya məruz qalıb: milli komandadan 9 oyunluq kənarlaşdırılmaqla yanaşı, futbol sahəsində istənilən fəaliyyətinə də 4 aylıq qadağa qoyulub.

Xəbər xətti