Messi və Neymar ilk təlim məşqə çağırılmadı

20:30 - 26 İyul 2014

Futbolçular məşqə çağırılmayıb
 
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike iyulun 28-dən avqustun 3-dək İngiltərədə baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adlarını açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, dəvət alan 17 futbolçu arasında Lionel Messi və Neymar yoxdur.
 
Ulduz futbolçularının ilk təlim-məşq toplanışına dəvət olunmamalarının səbəbi son dünya çempionatının "play-off" matçlarında iştirak etmələridir.
 
Xatırladaq ki, Messinin şərəfini qoruduğu Argentina yığması mundialı 2-ci, Neymarlı Braziliya isə 4-cü pillədə başa vurublar.

Xəbər xətti