Konte millimizin rəqibini çalışdırmaqdan imtina etdi

00:33 - 27 İyul 2014

Gözlər Mançiniyə yönəlib
 
İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Antonio Konte yığmanı çalışdırmaqdan imtina edib.

Sportal.az xəbər verir ki, bir müddət öncə "Yuventus"un baş məşqçi vəzifəsindən istefa verən 44 yaşlı mütəxəssis İtaliya millisini də çalışdırmaq istəmədiyini bildirib.

İtaliya yığmasının yeni baş məşqçisinin kimliyinə avqustun 11-dən tez aydınlıq gəlməyəcək. Çünki məhz həmin gün İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli olacaq. Kontenin yığmanı çalışdırmaqdan imtina etməsindən sonra bütün diqqətlər "Qalatasaray"ın sabiq çalışdırıcısı Roberto Mançiniyə yönəlib.

Qeyd edək ki, "DÇ-2014"də uğursuz çıxış edən İtaliya millisinin baş məşqçisi Çezare Prandelli tutduğu vəzifədən istefa vermişdi.

Xəbər xətti