Poqba İtaliya təmsilçisi ilə razılığa gəldi

21:16 - 27 İyul 2014

Futbolçu klubu ilə müqaviləni uzadacaq
 
"Yuventus"un mərkəz yarımmüdafiəçisi Poqba karyerasını burada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, fasilə zamanı adı "Mançester Siti", "Real Madrid", PSG, "Mançester Yunayted" kimi klublarla hallanan futbolçu hazırki klubu olan "Yuventus"da qalmağa üstünlük verib. Məlumata görə klub və futbolçu arasında yaxın günlər ərzində müqavilə yenilənəcək. 
 
Futbolçu ilə müqavilənin 2019-cu ilə qədər uzadılması gözlənilir. Onun klubdan illik 3.2 milyon avro qazanacağı deyilir.

Xəbər xətti