Almeyda: "Sabah keçiriləcək oyun tam fərqli olacaq"

22:04 - 29 İyul 2014

"Bütün diqqətləri bu oyuna yönəltmişik"
 
“Biz oyuna çox yaxşı hazırlıq keçmişik. Bütün diqqətləri bu oyuna yönəltmişik”.
 
Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ” klubunun aparıcı oyunçularından biri Riçard Almeydaya məxsusdur. Almeyda “Zalsburq”la sabahkı matçdan öncə hazırda davam edən mətbuat konfransında “Valletta” ilə matça qayıdıb:

“Valletta” ilə oyunda müəyyən mənada rahatlıq ona görə vardı ki, biz hesabda öndə idik. Onlar 9 nəfər oynayırdı, biz isə 11 nəfər. Bütün bunlar rahatlıq yaradırdı. Amma sabah keçiriləcək oyun tam fərqli olacaq. Tam gücümüzlə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” 1 həftə öncə “Valletta”nı 4:0 hesabı ilə məğlub edib.

Xəbər xətti