"Qarabağ"dan gözlənilməz addım: Məşqə çıxmadılar

22:13 - 29 İyul 2014

Qurban Qurbanovdan maraqlı qərar
 
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Zalsburq”la üz-üzə gələcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov maraqlı addım atıb.
 
Sportal.az xəbər verir ki, Qurbanov bu günə nəzərdə tutulmuş son məşqi ləğv edib.

Bunun səbəbi barədə məlumat verəcəyik.

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu sabah saat 20:30-da başlanacaq.

Xəbər xətti