Qurban Qurbanov Reynaldo və Telini əvəzedəcək futbolçuların adını açıqladı

00:53 - 31 İyul 2014

"O, rəqib üçün başağrısı olacaq"
 
"Qarabağ"ın baş məşqçisi Qurban QUrbanov "Zalsburq"la  ilk oyunda qırmızı vərəqə alan futbolçuları – Admir Teli və Reynaldonu cavab oyununda kiminlə əvəzləyəcəyini bildirdi:
 
Sportal.az baş məşqçinin fikirlərini təqdim edir:

“Rəşad artıq sağalıb. Oynamağa hazırdır və Telini əvəzləyəcək. Reynaldo yoxdu, Vüqar var, oynamağa layiq idi. İnşallah, düşünürəm ki, Vüqar səfərdə rəqib üçün başağrısı olacaq. Vüqar çox yaxşı idman formasındadır. Ona güvənirəm”.

Qeyd edək ki, “Zalsburq” – “Qarabağ” oyunu avqustun 6-da reallaşacaq

Xəbər xətti