"Cumhuriyyət" qəzeti: "Qarabağ"dan tarixi zəfər

12:20 - 31 İyul 2014

Ağdam təmsilçisi dünya mətbuatında
 
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriyanın ən güclüsü "Zalsburq"a ilk oyunda qalib gəlməsi dünya mətbuatında da öz əksini tapıb.
 
Sportal.az xəbər verir ki, Türkiyənin "Cümhuriyyət" qəzeti bu qələbəni "Qarabağ"dan tarixi zəfər" başlığı ilə oxucularına çatdırıb:
 
 "Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində öz meydanında Avstriyanın "Zalsburq" klubuna 2:1 hesabıyla qalib gəldi. Ağdam bölgəsinin komandası Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və ukraynalı hakim Sergey Boykonun idarə etdiyi matçın 2-ci dəqiqəsində Danilo Diasın qolu ilə 1:0 önə keçdi. "Zalsburq" 77-ci dəqiqədə Kristian Şveqlerin qolu ilə (əslində isə qonaqların cavab qolunu Conatan Soriano vurub, Şveqler isə 35-ci dəqiqədə meydandan qovulub - red.) hesabı bərabərləşdirsə də, "Qarabağ" Reynaldonun 86-cı dəqiqədə gələn qolu ilə qarşılaşmadan 2:1 qalib ayrıldı.

"Qarabağ"ın əldə etdiyi bu zəfərlə ilk dəfə bir Azərbaycan komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qələbə sevinci yaşamış oldu.

"Qarabağ" yarandığı bölgə - Ağdam rayonunun Ermənistan işğalı altında olması səbəbindən matçlarını illərdi Bakıda oynayır".

Xəbər xətti