Qara Qarayev: "Düşünürdülər ki, "Qarabağ" "Zalsburq" üzərində qələbə qazana bilməz"

13:54 - 31 İyul 2014

"Qırmızı vərəqələr planlarımızı pozdu"
 
"Qarabağ" klubunun aparıcı oyunçusu Qara Qarayev Sportal.az-a açıqlama verib. Qarayev "Zalsburq" üzərində qazanılan qələbədən sonra düşüncələrini bölüşüb:

"Çətin oyun olacağını bilirdik. Ona görə də özümüzü buna kökləmişdik. Qırmızı vərəqələr planlarımızı pozdu. Cavab görüşündə də inşallah bizim üçün xeyirli nəticəni əldə edərik. Ola bilsin, düşünürdülər ki, "Qarabağ" "Zalsburq" üzərində qələbə qazana bilməz. Biz öz oyunumuzu oynadıq və bu fikirləri alt-üst etdik. "Qarabağ" üçün rəqibin güclü ya zəif olması yox, öz oyun taktikasını həyata keçirmək önəmlidir."


Qeyd edək ki, "Qarabağ" dünən "Zalsburq"u 2:1 hesabı ilə məğlub edib.

Xəbər xətti