"Qarabağ"ın taleyi şotlandiyalılara tapşırıldı

00:56 - 1 Avqust 2014

"Zalsburq" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi
 
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, avqustun 6-da "Red Bull Arena"da baş tutacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 6-da Avstriyada keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanmışdı.  

Xəbər xətti