Torres alman klubuna transfer olunur?

20:06 - 1 Avqust 2014

Klub bir müddətdir ki, hücumçu axtarışındadır
 
"Chelsea"nın ispan hücumçusu Fernando Torres alman klubunun maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, "Wolfsburg" Torresi transfer siyahısına daxil edib.
 
 Almanlar alvaro Morata, Mario Mandzukiç və Romelu Lukakunu heyətə gətirmək istəsələr də, fikirləri baş tutmayıb. "Wolfsburg"un marağına rəğmən Joze Mourinyo bu yaxında Torresin komandada qalacağını bildirmişdi.

Xəbər xətti