"Turan-T"nin çalışdırıcısı məlum oldu
Badri Kvaratsxeliya yenidən Azərbaycanda işləyəcək.
Sportal.az xəbər verir ki, gürcü məşqçi I Divizionda mübarizə aparan “Turan-T”nin baş məşqçisi təyin edilib. 49 yaşlı Bardi artıq komandanı məşqə də çıxardıb.
Kvaratsxeliya 1997/1998-ci illərdə “Kəpəz”in, 1998/2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı “Standard”ını, 2012/2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.