Milli komandamız "Qarabağ"a dəstək olacaq

17:12 - 5 Avqust 2014

Komanda səfərdə dəstəksiz qalmayacaq

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq.

Sportal.az xəbər verir ki, hazırda bu ölkədə təlim-məşq toplanışında olan Azərbaycanın U-19 yığmasının futbolçu və məşqçi heyəti "Red Bull Arena"ya gələrək komandamıza dəstək olmağa çalışacaq.

Yaxın şəhər və ölkələrdə yaşayan həmyerlilərimizin də "Qarabağ"ın oyununa gəlməsi gözlənilir.

Qeyd edək ki, bu oyun sabah saat 23:30-da start götürəcək.

Xəbər xətti