"Beşiktaş"ın rəqibi "Arsenal"

15:24 - 8 Avqust 2014

"Zalsburq" "Malmö" ilə qaoşılaşacaq
 
 
Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.
 
Sportal.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qitənin ən nüfuzlu turnirində qrupa düşmək uğrunda 20 komanda pley-offda mübarizə apacaq. ÇL-in III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" klubu həlledici mərhələdə İsveçin "Malmö" komandası ilə qarşılaşacaq.
 
Türkiyənin "Beşiktaş" klubu isə səpələnməmişlər səbətində yer almışdı ki, burada da İstanbul təmsilçisinin bəxti gətirməyib. "Qara qartal" mümkün 5 potensial rəqibdən ən güclüsü - "Arsenal" (İngiltərə) klubu ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək. 
 
 
 
 
Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri:
 
"Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
"Olborq" (Danimarka) -  APOEL (Kipr)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - BATE (Belarus)
 
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)
"Standart" (Belçika) - "Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)
"Lill" (Fransa) - "Portu" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)

Xəbər xətti