Aqil Məmmədov: "Rəqib komandanın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdir"

22:20 - 10 Avqust 2014

“Məğlub olsaq da, komandadan razıyam”  

 

Sportal.az xəbər verir ki, “Sumqayıt” klubunun məşqçisi: Aqil Məmmədov  qarşılaşma ilə bağlı bunları söyləyib:

 

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Sumqayıt” “Qarabağ”la qarşılaşdı. “Gənclər şəhəri”nin təmsilçisi rəqibinə 0-3 hesabı ilə məğlub olaraq mövsümün ilk ev oyununda azarkeşlərini sevindirə bilmədi. 

 

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “0-3 hesabı ilə məğlub olsaq da, komandadan razı qaldım. Çox maraqlı oyun oldu. Arzu edirik ki, həm “Qarabağ”, həm də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdir”.

Xəbər xətti