"Barselona"nın yeni transferi zədələnib

16:42 - 13 Avqust 2014

Futbolçu bir müddət komandasına kömək edə bilməyəcək

 

"Barselona"nın "Arsenal"dan transfer etdiyi Tomas Vermalen sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, artıq futbolçunun zədəsini nə vaxt sağaldacağı vaxt müəyyənləşib. 28 yaşlı müdafiəçi avqustun sonunda komandası ilə birgə məşqlərə start verəcək.

 

Qeyd edək ki, Belçika millisinin üzvü 10 milyon avro müqabilində "Arsenal"dan "Barselona"ya transfer olunub. 

Xəbər xətti