"Barselona"nın yeni transferleri zədələnib

12:30 - 16 Avqust 2014

Tomas Vermalendən sonra Andre Ter Stegendə sıradan çıxıb

 

"Barselona"nın bu mövsüm transfer etdiyi qapıçı Andre Ter Stegen bir müddət komandasına kömək edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, almaniyalı qolkiper məşq zamanı zədə alıb və tibbi müayinədən də keçib. Futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Ter Stegendən əvvəl "Barselona"nın “Arsenal”dan heyətinə qatdığı Tomas Vermalen də zədələnmişdi.

Xəbər xətti