"Xəzər Lənkəran" məğlub oldu YENİLƏNİR

22:10 - 16 Avqust 2014

Son çempion "İnter"lə qarşılaşacaq

 

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Turun mərkəzi oyununda Avropa Liqasında çıxış edən  “Qarabağ” “İnter”i qəbul edəcək.

 

Avroliqadakı çıxışını davam etdirən digər təmsilçimiz “Neftçi” bu tur “Bakı” ilə qarşılaşacaq.

 

Mövsümə heç-heçə ilə start verən “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı sınağa çəkəcək.

 

Azərbaycan Premyer Liqası

2-ci tur

16 avqust (şənbə)

 

18:00. Qarabağ 0-0 İnter

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

 

19:00. Neftçi 1-0 Bakı
QOL: Vobay, 21.

Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.

Bakı. “Bakcell Arena” stadionu.

 

20:00. Xəzər Lənkəran 0-1 Sumqayıt (ikinci hissə)
QOL: Məhəmməd Qurbanov, 37.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev.

Lənkəran: “Xəzər Lənkəran” mərkəzi stadionu.

 

Turun digər oyunları sabah keçiriləcək: 19:00. Simurq - AZAL, 20:00. Qəbələ - Araz Naxçıvan.

Xəbər xətti