İngiltərə Premyer Liqası: "Mançester Yunayted" məğlub oldu, "Arsenal" qələbə qazandı

12:26 - 17 Avqust 2014

İlk oyun günündə 17 qol vurulub

 

İngiltərə çempionatında yeni mövsümə dünən start verilib. 

 

Sportal.az xəbər verir ki,ilk turun birinci oyun günündə 7 görüş keçirilib.


 "Mançester Yunayted" "Suonsi Siti"yə doğma meydanda məğlub olub. "Arsenal" isə "Kristal Pelas" üzərində qələbə qazanıb.

"Leyçester Siti" - "Everton", "Vest Bromviç" - "Sanderlend" görüşlərində  qalib müəyyənləşməyib. KPR "Hall Siti"yə, "Vest Hem" "Tottenhem"ə, "Stok Siti" "Aston Villa"ya, , məğlub olub .
 
Turun digər qarşılaşmaları bu gün və sabah keçiriləcək.
 
İngiltərə Premyer Liqası
1-ci tur
16 avqust
 
Mançester Yunayted - Suonsi Siti - 1:2
Qollar: Runi, 53 - S.Y.Ki, 28, Siqurdsson, 72.

Leyçester Siti - Everton - 2:2
Qollar: Ulloa, 22, Vud, 86 - Makqidi, 20, Neysmit, 45.
 
KPR - Hall Siti - 0:1
Qol: Çester, 52.
 
Stok Siti - Aston Villa - 0:1
Qol: Veymann, 50.
 
Vest Bromviç - Sanderlend - 2:2
Qollar: Berahino, 42-pen; 74 - Kattermol, 5, Larsson, 85.
 
Vest Hem - Tottenhem - 0:1
Qol: Dyer, 90.
Matçın 30-cu dəqiqəsində meydan sahiblərinin üzvü Noble penaltidən yararlana bilməyib

Arsenal - Kristal Pelas - 2:1
Qollar: Kosçielni, 45, Remsi, 90 - Hanqeland, 35.
 
17 avqust
 
17:30. Liverpul - Sauthempton
20:00. Nyukasl - Mançester Siti
 
18 avqust
 
00:00. Barnli - Çelsi

Xəbər xətti