Millimiz 3-cü oldu

13:00 - 18 Avqust 2014

Komandamız Türkiyə yığmasını məğlub etdi 
 
İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa super finalı yarışlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki,  Azərbaycan milli komandası sonuncu oyununda Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.
 
Amid Nəzərovun dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib.

Xəbər xətti