Arsen Venger "Beşiktaş"dan çəkinir

16:15 - 18 Avqust 2014

"Əsas hədəfimiz qrupa düşməkdir"

 

“"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Beşiktaş"la oyun haqda danışıb.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis İstanbul klubu ilə oyunların onlar üçün asan keçməyəcəyini bildirib: 

 

"Biz istənilən mübarizəyə hazırıq və yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Bu mənada "Beşiktaş"la oyunlar bizim üçün çox vacibdir. Əsas hədəfimiz qrup mərhələsində oynamaqdır. Ancaq "Beşiktaş"la görüşlərimiz asan olmayacaq".

Qeyd edək ki, "Beşiktaş" və "Arsenal" komandaları arasında ilk oyun sabah Türkiyədə, cavab qarşılaşması isə avqustun 27-də Londonda keçiriləcək. 

Xəbər xətti