"Qarabağ" və "Neftçi"nin oyunlarının tarixi dəyişdirildi

15:46 - 19 Avqust 2014

 İki oyunun keçirilmə vaxtında dəyişikliklər baş verdi

 

“Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirmələri səbəbindən hər iki komandanın Azərbaycan Premyer Liqasının üçüncü turundakı oyunlarının keçirilmə vaxtı  dəyişdirilib.  
 

Sportal.az xəbər verir ki, klubların Peşəkar Futbol Liqasına müraciətləri nəzərə alınaraq Premyer Liqadakı oyunlar bir gün sonraya keçirilib. 

 

1. Azərbaycan Premyer Liqasının III turunun “Ara Naxçıvan” – “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə dəyişdirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.

 

2. Azərbaycan Premyer Liqasının III turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə keçirilib.

Xəbər xətti