Premyer Liqanın iki oyunu canlı yayımda

16:04 - 19 Avqust 2014

Diqqətlər Zaqatala ilə Şüvəlana yönələcək  
 
Azərbaycan Premyer Liqasının 3-cü tur çərçivəsində iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər Zaqatalada keçirilən "Simurq" - "Xəzər Lənkəran"  matçını televiziya ilə izləyə bilərlər. Növbəti gün isə futbolsevərlər Şüvəlanda baş tutacaq AZAL - "Neftçi" qarşılaşmasına baxa bilərlər.  
 
24 avqust
 
19.00. "Simurq” – "Xəzər Lənkəran” (İdman Azərbaycan) Zaqatala şəhər stadionu
 
25 avqust
 
19.00. AZAL - "Neftçi” (İdman Azərbaycan) AZAL Arena Stadionu

Xəbər xətti