Millimiz Özbəkistanla bacarmadı YENİLƏNİB

22:53 - 20 Avqust 2014

Yubiley matçından kim qalib ayrılacaq?
 
 
AVRO-2016-nın seçmə qrup oyunlarına hazırlıq görən Azərbaycan yığması 2014-cü ildə növbəti yoxlama oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamızın budəfəki rəqibi Özbəkistan millisidir. .
 
Özbəkistan yığma komandamız üçün kifayət qədər tanış rəqibdi. Millimiz tarixi ərzində bu komanda i9 dəfə qarşılaşıb. Yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi var. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilib. Daha 3 oyunda tərəflər meydanı sülhlə tərk ediblər. Bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında indiyədək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i yığmamızın aktivindədi. Qalan 10 qolu isə özbəklər vurublar.
 
 
20 avqust
 
21:00. Azərbaycan 0-0 Özbəkistan 
Hakimlər: Georgi Vadaçkoriya, Levan Varamişvili, Levan Todriya (Gürcüstan), Ömər Paşayev (Azərbaycan).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Azərbaycan).
Hakim-inspektor: Gülağa Cabarov (Azərbaycan).
Bakı. "Bakcell Arena".

Xəbər xətti