PFL "Qarabağ" və "Neftçi"yə cavabını verdi: Oyunlar təxirə salınır?

18:00 - 22 Avqust 2014

İki qarşılaşma başqa tarixə keçirildi
 
“Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqasına müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Premyer Liqanın III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL - “Neftçi” matçlarının təxirə salınmasını xahiş etmişlər.

Sportal.az xəbər verir ki, yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Premyer Liqanın III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirilmişdir.

 

Xəbər xətti