"Atletiko" "Real"ı məğlub edib mövsümə kubok ilə başladı VİDEO

10:15 - 23 Avqust 2014

Mario yeni komandasında qol hesabını açdı
 
İspanya Superkubokunun cavab qarşılaşmasında "Atletiko Madrid” ilə "Real Madrid” üz-üzə gəldi.
 
Sportal.az xəbər verir ki, "Visente Kalderon”da baş tutan matçı 1-0 qazanan ev sahibi "Atletilko Madrid”, Superkubokun sahibi oldu.

Qeyd edək ki,  "Santyaqo Bernabeu”da oynanılan ilk matç 1-1 hesablı bərbarəliklə nəticələnmişdi. "Atletiko”ya kuboku qazandıran qolu, matçın 2-ci dəqiqəsində yeni transfer Mario Mancukiç vurub.
 
23 avqust
İspaniya superkuboku, cavab oyunu
01:30. "Atletiko" (Madrid) - "Real" (Madrid) 1:0 (İlk oyun - 1:1)
Qol: Mandjukiç, 2
Qırmızı vərəqə: Modriç, 90+1 ("Real")

Xəbər xətti