Rəhman Hacıyev qol vurdu, komandası penaltilərdə uduzdu VİDEO

10:34 - 23 Avqust 2014

Futbolçumuz ikinci qoluna imza atdı
 
Türkiyə birinci liqa komandalarından "Qaziantep BB” şərəfini qoruyan həmyerlilərimiz Vaqif Cavadov və Rəhman Hacıyev dünən "Cumhuriyyət kuboku"nda "Sivasspor”la keçirlən  matçda  meydanda olublar.

Sportal.az xəbər verir ki, oyuna əsas heyətdə başlayan Vaqif Cavadovu 64-cü dəqiqədə Rəhman Hacıyev əvəzləyib.

83-cü dəqiqədə qapıçı ilə təkbətək çıxan gənc futbolçumuz Rəhman Hacıyev komandasının bərabərlik topunun müəllifi olub.

Qeyd edək ki, 90 dəqiqəsi 3-3 bitən matçda, penalti zərbələri ilə "Sivasspor” qalib gəlib.
 

Xəbər xətti