"Arsenal" büdrədi, "Çelsi" növbəti qələbəsini qazandı VİDEO

11:10 - 24 Avqust 2014

Premyer Liqada 2-ci tur başladı
 
İngiltərə Premyer Liqasında ikinci turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

"Çelsi" öz meydanında "Lester Siti"ni 2:0 hesabı ilə məğlub edib. "Arsenal" klubu isə səfərdə "Everton"la 2:2 bərabərə qalıb.

Qeyd edək ki, Premyer Liqada II tura avqustun 26-da keçiriləcək "Mançester Siti" - "Liverpul" oyunu ilə yekun vurulacaq.


23 avqust

İngiltərə Premyer Liqası, II tur


"Aston Villa" - "Nyukasl" 0:0

"Çelsi" - "Lester Siti" 2:0
Qollar: D.Kosta, 62, Hazard, 77

"Kristal Palas" - "Vest Hem" 1:3
Qollar: Zarate, 34 , Dauninq, 37 , Şamak, 48 , Koul, 62

"Sauthempton" - "Vest Bromviç" 0:0

"Suonsi Siti" - "Börnli" 1:0
Qol: Dayer, 23

"Everton" - "Arsenal" 2:2
Qollar: Koulman, 19 , Neismis, 45 - Remzi, 83 , Jiru, 90

Xəbər xətti