George Çixradze: "Qol imkanlarından maksimum faydalandıq"

21:44 - 24 Avqust 2014

“Çox çətin oyun oldu"
 
Klub ardıcıl ikinci oyunda da qələbə qazandı.
 
Sportal.az PFL-na istinadən xəbər verir ki, "Simurq"un "Xəzər Lənkəran" üzərində 2-0 hesablı qələbəsindən sonra zaqatalalıların baş məşqçisi George Çixradze mətbuata bunları deyib: “Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq".

Xəbər xətti